Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

16 İyul 2021

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Elnur Mustafayev Vətən müharibəsi dövründə  Azərbaycan həqiqətlərinin dünya mediasına çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib.

Fəxri Fərmanı Elnur Mustafayevə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri  Adil Əliyev təqdim edib.

Qeyd edək ki, E.Mustafayev Vətən müharibəsi dövründə informasiya mübarizəsi çərçivəsində dünyanın nüfuzlu televiziya kanallarına ərəb dilində 40-dan çox müsahibə verib və Azərbaycanın haqlı mövqeyini əks etdirən onlarla məqalə nəşr etdirib.

16 İyul 2021

AMEA-nın akademik Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Heydər Əliyevin Azərbaycan 14 iyul 1969-cu il tarixdə  KP MK I Katibi seçilməsi ilə əlaqədar olaraq, Neftçala rayon Heydər Əliyev Mərkəzinin qonağı olub.

Ulu Öndər:idarəetmədən dövlətçiliyə” adlı tədbirdə Sübhan Talıblı “Heydər Əliyev və Azərbaycanın Milli Dövlətçilik Konsepsiyası” adlı məruzə ilə çıxış edib. Sonra qonaq iştirakçıların suallarını cavablandırıb. Tədbirin sonunda Mərkəzin direktoru Könül Məmmədova, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri olan Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyətini ətraflı, müfəssəl şəkildə izah etdiyi üçün Subhan Talıblıya “Təşəkkürnamə” təqdim edib.

16 İyul 2021

 

 

AMEA akademik Z.Bwnyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi “Yaxın Şərq və Qafqaz” XXI əsrin geosiyasətində” mövzusunda dəyirmi masada iştirak edib.

 

Onlayn şəkildə keçirilən tədbirə Azərbaycan, Rusiya, Türkiyə və Almaniyadan alimlər qatılıb.

 

Gülər Qafqazlı seminarda Türkiyənin Qafqazda mövqeyindən və Zəngəzur dəhlizindən danışıb.

 

15 İyul 2021

İyulun 16-da AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və  Mehmet Akif Ərsoy Vəqfinin birgə təşkilatçılığı ilə Beynəlxalq Yunus Əmrə Simpoziumu keçiriləcək.

Onlayn şəkildə ZOOM vasitəsilə təşkil edilən Simpozium öz işinə saat 11:00da başlayacaq.

Simpoziumda iştiraka aşağıdakı link vasitəsilə qatılmaq olar:

Download Template Joomla 3.0 free theme.