AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev dekabrın 10-da Zəfər paradı münasibəti ilə "BBC Arabic" Tv kanalına canlı yayımda müsahibə verib. Azərbaycanlı şərqşünas müsahibəsində Zəfər paradının Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb və rəşadətli Azərbaycan ordusunun əldə etdiyi qələbə haqqında ətraflı məlumat verib. Həmçinin, E.Mustafayev müştərək tarix, mədəniyyət və milli dəyərlərə söykənən Azərbaycan - Türkiyə əlaqələrindən söhbət açıb.