Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

22 Oktyabr 2021

Azərbaycan və özbək xalqlarının dostluq və qardaşlıq əlaqələrinin tarixi əsrlər öncələrə söykənir. Tarixi folklora söykənən ədəbi əlaqələrimiz isə müxtəlif dövr və mərhələləri arxada qoymuş, ölkələrimiz müstəqilliyini qazandıqdan sonra müasir inkişaf mərhələsini yaşamaqdadır. Azərbaycan və özbək xalqlarının ədəbi, elmi əlaqələri böyük tarixi simaların, ədiblərin yubiley tədbirlərinin keçirilməsi və ortaq əlaqələrimizi möhkəmləndirən elmi, ədəbi əməkdaşlıqlar çərçivəsində zənginləşir. Bu istiqamətdə iştirakçısı olduğum Böyük sərkərdə Əmir Teymurun 685 illiyinə həsr olunmuş beynəlxalq elmi-nəzəri konfrans haqqında təəssüratlarımı bölüşmək, hesab edirəm ki, Azərbaycan-özbək xalqlarının elmi-ədəbi əlaqələrinin inkişafını şərtləndirdiyi üçün olduqca maraqlı və dəyərlidir.

21 Oktyabr 2021

    Oktyabrın 19-da Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 100 illik yubileyinə həsr olunmuş “Ukrayna-Azərbaycan: mədəniyyətlər və sivilizasiyaların dialoqu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

    Onlayn təşkil edilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları – Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı iştirak ediblər.  

20 Oktyabr 2021

      Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə oktyabrın 16-da “Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilmişdir.

    Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində baş tutmuş görüş zamanı tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı ekspert qismində çıxış edərək şanlı #zəfərimİZ-in tarixi aspektlərindən bəhs etmişdir. Beynəlxalq ictimaiyyətə haqq səsimizin çatdırılması üçün tarixi faktların əhəmiyyətindən danışan ekspert, tələbərə bu istiqamətdə ətraflı məlumatlar vermişdir.  

20 Oktyabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının üçüncü sayı işıq üzü görüb.

Jurnalda filologiya, tarix, siyasi elmlər, fəlsəfə sahələrinə aid 23 elmi məqalə dərc olunub. Bu sırada maraqlı mövzularda “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, “Bədr Şirvani yaradıcılığında qəzəl”, “Orta əsrlərdə Türkiyədə yaşayan Azərbaycan əsilli alimlər”, “Postsovet məkanında Asiya regionu və Azərbaycan”, “Orta əsr ərəb-fars mənbələrində Azərbaycan əhalisinin etnik mənşəyi”, “XVI əsr Osmanlı əlyazmalarında Türkiyənin hərbi-siyasi tarixi”, “Qərb və Şərq sivilizasiyalarının qarşılıqlı fəaliyyətinin (müasir dünyada) kulturoloji xüsusiyyətləri” və s. məqalələri qeyd etmək olar.

Download Template Joomla 3.0 free theme.