Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

İRAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN SƏDRİ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLDU

18 Noyabr 2020

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin yeni sədri Əli Purmərcan noyabrın 18-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub və İnstitutun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb.
G.Baxşəliyeva Azərbaycan və İran arasında elmi, mədəni əlaqələrdən danışaraq, bu sahədə Şərqşünaslıq İnstitutunda çalışan iranşünas alimlərin mühüm rolunun olduğunu bildirib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda İran tarixi, iqtisadiyyatı, fars dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb.

İnstitutda iranşünaslıq sahəsində görülən işlərdən məmnunluğunu bildirən Ə.Purmərcan iki ölkə alimlərinin əməkdaşlığının əhəmiyyətini qeyd edib.
Görüşdə Şərqşünaslıq İnstitutu ilə İranın elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə konfransların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Download Template Joomla 3.0 free theme.