Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda «Tanax»ın ikinci hissəsi olan «Peyğəmbərlər» kitabı nəşr olunub. Kitabı ilk dəfə olaraq orijinaldan Azərbaycan dilinə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov tərcümə edib.
Kitabın redaktoru akademik Gövhər Baxşəliyevadır. Ön söz mütrəcim, dosent Teymur Sadıqov tərəfindən yazılıb. Məsləhətçi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix İlxanoviçdir.
Dekabrın 22-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Prezident İlham Əliyev: qlobal düşüncəyə əsaslanan müstəqil siyasət” mövzusunda elmi konfrans keçirilib.
AMEA-nın əsas binasının 2-ci mərtəbəsindəki Akt zalında təşkil olunan tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulmasının, ötən ilin payızında Vətən müharibəsində Şanlı Zəfərin əldə edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olduğunu bildirib. G.Baxşəliyeva qeyd edib ki, bu qələbənin əldə edilməsində ölkə rəhbərinin uğurla həyata keçirdiyi xarici siyasətin mühüm rolu var. Dövlət başçımızın məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı, ölkəmiz söz sahibi olan qüdrətli dövlətə çevrildi. Bu mövqeyə çatmaqda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xidmətləri əvəzsizdir.
Bu gün – dekabrın 21-i görkəmli Şərqşünas alim, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru olmuş akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olduğu gündür. Böyük alim, böyük insan, böyük şəxsiyyət Ziya Bünyadovu doğum günündə ehtiramla yad edirik və onun şanlı və şərəfli həyat səhifələrinə bir daha AMEA-nın adını daşıdığı Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın məqaləsi vasitəsilə nəzər salaq.
Bu günlərdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın rus dilində «Этническая идентичность Низами Гянджеви» (“Nizami Gəncəvinin etnik mənsubiyyəti”) kitabı işıq üzü görüb. Kitab bir sıra ölkələrdə şairin etnik mənsubiyyətinə dair çoxsaylı təhriflərə və çoxəsrlik mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazılmışdır. Bu da dünya elmi ictimaiyyətinin görkəmli şairin 880 illik yubileyini qeyd etdiyi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkədə “Nizami Gəncəvi İli” elan edildiyi zamanda xüsusilə vacibdir.
