AMEA akad Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş “Şərqin ilk demokratik respublikası” mövzusunda elmi konfransın materialları dərc olunub. Topluda AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibəylinin “Azərbaycan Xalq Cümhuriyyətində maarifçilik hərəkatı və müasir dövr”, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın “Azərbaycan Xalq Cümhuriyyəti - müasir Azərbaycanın sələfidir”, Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyevanın “Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti milli-mədəni sahədə fəaliyyəti”, t.ü.e.d., professor, millət vəkili Fəzail İbrahimlinin “Azərbaycan Xalq Cümhuriyyəti – 100”, Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, i.ü.e.d. Dünyamalı Vəliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi və maliyyə siyasəti”, İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Vidadi Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyəti–İran münasibətlərinin ideoloji problemləri”, və s. məruzələrin mətnləri dərc olunub.