Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 4 əməkdaşı oktyabrın 21-22-də Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Üniversitetinin təşkil etdiyi “Birlikdə yaşama baxımından İslam dini” mövzusunda beynəlxalq elmi simpoziumda distant şəkildə iştirak edib.
Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı konfransın “İnsan və cəmiyyət” bölməsində “Milli və dini kimliyin qorunması baxımından Azərbaycanda birlikdə yaşama təcrübəsi və imkanı” mövzusunda məruzə ilə çıxış edib. O öz məruzəsində Azərbaycan milli mədəniyyətinin, kimliyinin qorunması və inkişaf imkanları barədə öz fikirlərini bölüşüb. Demokratik, dünyəvi, sosial hüquq dövləti quruculuğu yolunu seçmiş Azərbaycanda mövcud etnik və dini qrupların, o cümlədən ölkə əhalisinin əksəriyyətini təşkil edən islam dini mənsublarının əmin-amanlıq şəraitində birgəyaşayış təcrübəsindən bəhs edib, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu nəzərə çatdırıb.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova oktyabrın 21-də Liviyada keçirilən IV Beynəlxalq Afrika Elm, Texnologiya və Sosial Elmlərdə Cari Tədqiqatlar Konfransında iştirak edib.
Konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas misirli yazar “Məhəmməd Yusuf Əl-Quayyidin əsərlərində müharibə reallıqları” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycan və özbək xalqlarının dostluq və qardaşlıq əlaqələrinin tarixi əsrlər öncələrə söykənir. Tarixi folklora söykənən ədəbi əlaqələrimiz isə müxtəlif dövr və mərhələləri arxada qoymuş, ölkələrimiz müstəqilliyini qazandıqdan sonra müasir inkişaf mərhələsini yaşamaqdadır. Azərbaycan və özbək xalqlarının ədəbi, elmi əlaqələri böyük tarixi simaların, ədiblərin yubiley tədbirlərinin keçirilməsi və ortaq əlaqələrimizi möhkəmləndirən elmi, ədəbi əməkdaşlıqlar çərçivəsində zənginləşir. Bu istiqamətdə iştirakçısı olduğum Böyük sərkərdə Əmir Teymurun 685 illiyinə həsr olunmuş beynəlxalq elmi-nəzəri konfrans haqqında təəssüratlarımı bölüşmək, hesab edirəm ki, Azərbaycan-özbək xalqlarının elmi-ədəbi əlaqələrinin inkişafını şərtləndirdiyi üçün olduqca maraqlı və dəyərlidir.
Oktyabrın 19-da Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 100 illik yubileyinə həsr olunmuş “Ukrayna-Azərbaycan: mədəniyyətlər və sivilizasiyaların dialoqu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Onlayn təşkil edilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları – Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı iştirak ediblər.
