Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞI” JURNALININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

18 Oktyabr 2019

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun  elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşunaslığı” jurnalının  № 1 (17), 2019 sayı işıq üzü görüb. Jurnalın ilk bölməsi ulu öndər Heydər Əliyevə həsr olunub. Bu bölmədə akademik Govhәr Baxşәliyevanın “Fovqәladә missiya, yaxud tarixin әn boyuk Azәrbaycanlısı” məqaləsi, həmçinin institutda ümummilli liderlə bağlı keçirilən tədbilərlə bağlı məlumat yer alıb.

 

Bu il anadan olmasının 650 illiyi qeyd edilən görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş növbəti bölmədə şairin yubileyinin qeyd edilmәsi haqqında Azәrbaycan Respublikası Prezidentinin Sәrәncamı, akademik Gövhәr Baxşәliyevanın “Nәsimi әdәbi mirasında әrәb dili”, akademik Möhsun Nağısoylunın “İmadәddin Nәsimi: Azәrbaycan klassik poeziyasının vә әdәbi dili tarixinin parlaq siması”, Sәadәt Şıxıyevanın “Nәsimi şeiriyyәtinin fәrdi özәlliklәri” və digər məqalələr yer alıb.

 

 

Jurnalda həmçinin akademik Hәmid Araslının 110, professor Rüstәm Əliyevin 90 illiyinə həsr olunmuş bölmələrdə bu görkəmli alimlərin elmi yaradıcılığına həsr olunmuş məqalələr, onların yubiley tədbirlərinə həsr olunmuş tədbirlərlə bağlı məlumatlar verilib.

 

Jurnalda həmçinin Şərqşünaslıq İnstitutunun təşkilatçılar sırasında olduğu “İslam sivilizasiyası Qafqazda” II Beynәlxalq Simpoziumu haqqında məlumat, görkəmli şərqşünas Həsən Mahmudov haqqında məqalə, akademik Govhәr Baxşәliyevanın İƏT Parlament İttifaqı XIV sessiyasında Azәrbaycanla bağlı qəbul olunan qətnamәlər barədə məqaləsi, Govhәr Baxşәliyevanın  müsahibəsi, Şərqşünaslıq İnstitutunun əməkdaşlarının 2019-cu ildəki təltifləri ilə bağlı məlumat, institutunun 2018-ci il üçün hesabatı, institutda çap olunmuş kitablar barədə yazılar və müxtəlif konfranslar, tәdbirlәr, göruşlәr barədə xəbərlər yer alıb.

 

Download Template Joomla 3.0 free theme.