Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Noyabrın 22-də Yeni Azərbaycan Partiyasının AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Toplantıda Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın baş məsləhətçisi Elnarə Mustafayeva və Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının üzvləri iştirak edirdilər.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri” kitabı çap olunub. Kitabın müəllifi Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rauf Qarayev, elmi redaktoru Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevadır.
Monoqrafiyada Azərbaycan elmində və ədəbiyyatında ilk dəfə sistemləşdirilmiş şəkildə Mərkəzi Asiya regionunda təhlükəsizlik problemləri tədqiq edilib. Bu, müasir Mərkəzi Asiya regionunun böyük geosiyasi və geostrateji əhəmiyyəti ilə bağlıdır.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayev Əlcəzair Dövlət Televiziyasına müsahibə verib. Şərqşünas alim Ermənistan hərbi-siyasi hakimiyyətinin Qarabağ ərazisində törətdiyi son hərbi təxribatlar barəsində danışıb. E.Mustafayev işğalçı qüvvələrin hərbi təxribata əl ataraq anidən hücuma keçdiyini, strateji əhəmiyyətə malik hündürlükləri ələ keçirmək istədiklərini vurğulayıb. Həmçinin Azərbaycan silahlı qüvvələrinin dərhal reaksiya verərək hərbi təxribatın qarşısını qətiyyətlə aldığını, eyni zamanda Ermənistan işğalçı qüvvələrinin bir sıra hərbi texnikasını məhv etdiyini ərəbdilli izləyicilərə çatdırıb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” kitabının 1-ci cildi çapdan çıxıb.
1985-ci ildə kiril əlifbası ilə Şövkət Tağıyevanın məsul redaktorluğu ilə Bakıda “Elm” nəşriyyatında çap olunmuş kitab Şərqşünaslıq İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə bu günlərdə latın qrafikası ilə “Elm” nəşriyyatında institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin məsul redaktorluğu ilə yenidən nəşr olunub.
Kitabda göstərilən dövr üzrə Cənubi Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni vəziyyəti, onun Şimalı Azərbaycan ilə iqtisadi-mədəni və inqilabi-siyasi əlaqələrinin gedişi öz əksini tapıb. Kitabın ayrı-ayrı fəsilləri Ş.Ə.Tağıyeva, T.Ə.İbrahimov, Ə.M.Həbibov O.S.Məlikov, N.R.Məmmədzadə, Q.Kəndli, M.İ.Şəmsi və A.Z.Zunuzi kimi tanınmış alimlərimiz tərəfindən yazılıb və bu zaman tədqiqatın daha dərindən və hərtərəfli araşdırılması, dəqiq elmi nəticələrin əldə edilməsi məqsədilə Azərbaycanın görkəmli tarixçi-şərqşünas alimləri Z.Z.Abdullayev, R.Ə.Seyidov, Ə.M.Agahi və Ə.Əminzadənin təqdim etdikləri müvafiq materiallardan istifadə edilib.
