Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “ƏYYƏMU-L-ARAB” CAHİLİYYƏ DÖVRÜNÜN ƏDƏBİ ABİDƏSİ KİMİ” KİTABI ÇAPDAN ÇIXIB

17 Fevral 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramovanın  “Əyyəmu-l-arab” Cahiliyyə dövrünün ədəbi abidəsi kimi” kitabı çapdan çıxıb.



“Əyyəmu-l-arab” (ərəblərin günləri) ərəb mədəni irs tarixinin başlanğıcı hesab olunan cahiliyyə dövrünün ən qədim mənbəsidir. Əsər eyni zamanda islam dini yarandıqdan sonrakı dövrün də ən dəyərli mədəni-tarixi abidəsi hesab edilir. “Əyyəmu-l-arab” toplusu ərəblərin tarixi keşmişini, qədim mədəniyyətini, əcdadlarının sosial-mədəni yaşayış tərzini, xüsusilə, ədəbi həyatını öyrənmək üçün bilavasitə mənbə rolu oynayan salnamədir.

Lalə Bayramovanın kitabı “Əyyəmu-l-arab” toplusunun “Əyyəmu-l-arab fi-l-cahiliyyə (“Cahiliyyə dövründə ərəblərin günləri”) adlı birinci hissəsinin Azərbaycan  şərqşünaslığında  ilk dəfə olaraq ilkin mənbədən istifadə etməklə ərəb dilindən Azərbaycan dilinə bədii tərcüməsini və elmi tədqiqini ehtiva edir. Kitabın 1-ci fəsli “Əyyəmu-l-arab” toplusunun yarandığı dövrün mədəni-tarixi mühiti və tədqiqi tarixini əhatə edir. 2-ci fəsildə “Cahiliyyə dövründə ərəblərin günləri”nin ədəbi təhlili aparılır.  3-cü fəsildə “Cahiliyyə dövründə ərəblərin günləri”nin bədii tərcüməsi təqdim edilir.

Download Template Joomla 3.0 free theme.