Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda suriyalı ərəbşünas Əhməd Bəssam Sainin “Qurani-Kərimin dili: ecazkarlıq, yoxsa sadəcə istedad?” kitabı çapdan çıxıb. Əsəri ərəb dilindən Azərbaycan dilinə institutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov tərcümə edib.
Ərəb poeziyası mütəxəssisi, folklorşünas Bəssam Sainin müəllifi olduğu kitabda Quranın dil ecazkarlığı mövzusu tədqiq edilir, ifadə bacarığının “bəşəri” və “ilahi” formalarından söz açılır, Quranın dilinin VII əsr üçün yeni olmağı, həmin dövrün ərəb dilindən yeniliyi ilə seçilməsi iddiası irəli sürülür.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Laura Orucovanın rus dilində “Лингвистическое творчество азербайджанского ученого XVIII века Ибрахима ал-Араши” (XVIII əsr azərbaycanlı alimi İbrahim əl-Araşinin dilçilik yaradıcılığı) kitabı çapdan çıxıb.
Kitabın elmi redaktoru Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevadır.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda «Tanax»ın ikinci hissəsi olan «Peyğəmbərlər» kitabı nəşr olunub. Kitabı ilk dəfə olaraq orijinaldan Azərbaycan dilinə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov tərcümə edib.
Kitabın redaktoru akademik Gövhər Baxşəliyevadır. Ön söz mütrəcim, dosent Teymur Sadıqov tərəfindən yazılıb. Məsləhətçi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix İlxanoviçdir.
Dekabrın 22-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Prezident İlham Əliyev: qlobal düşüncəyə əsaslanan müstəqil siyasət” mövzusunda elmi konfrans keçirilib.
AMEA-nın əsas binasının 2-ci mərtəbəsindəki Akt zalında təşkil olunan tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulmasının, ötən ilin payızında Vətən müharibəsində Şanlı Zəfərin əldə edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olduğunu bildirib. G.Baxşəliyeva qeyd edib ki, bu qələbənin əldə edilməsində ölkə rəhbərinin uğurla həyata keçirdiyi xarici siyasətin mühüm rolu var. Dövlət başçımızın məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı, ölkəmiz söz sahibi olan qüdrətli dövlətə çevrildi. Bu mövqeyə çatmaqda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xidmətləri əvəzsizdir.
