Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

18 Yanvar 2022

 Hər il elmi dövriyyəyə onlarla yeni nəşrlər çıxaran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi, 2021-ci ildə bu sahədə xüsusi fəal olub. İl ərzində 34 kitab və məqalələr toplusu çapdan çıxıb. İnstitutun nəşrləri zənginliklə yanaşı, əsərlərin elmi əhəmiyyəti ilə də diqqəti çəkir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə əlaqədar institutda bir sıra dəyərli kitablar çap olunub. İnstitutun baş direktoru, akademik Gövhər Baxşəliyevanın rus dilində çap olunan «Этническая идентичность Низами Гянджеви» (“Nizami Gəncəvinin etnik mənsubiyyəti”) kitabı bir sıra ölkələrdə şairin etnik mənsubiyyətinə dair çoxsaylı təhriflərə və çoxəsrlik mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazılıb. Kitabda Nizaminin öz əsərlərindən əxz olunmuş təkzibolunmaz faktlar, onun yaradıcılığının ideya-mövzu və bədii-estetik xüsusiyyətlərinin dərin elmi təhlili, şairin yaşadığı və yaratdığı dövr və mühitin reallıqları və mövcud elmi ədəbiyyatın hərtərəfli araşdırılması əsasında, Nizami Gəncəvinin Azərbaycan türkü olması bir daha təsdiq edilir.

18 Yanvar 2022

     Yanvarın 18-də Bakının 90 saylı tam orta məktəbində fəaliyyət göstərən ''Kiçik Akademiya''nın Tarix kafedrasının təşəbbüsü ilə  “20 Yanvar - Azadlığımızın başladığı yer” mövzusunda elmi seminarda AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı işrirak edib.

     Konfransı giriş sözü ilə açan məktəb rəhbəri Svetlana Nəbiyeva 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsi olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan min illərlə böyük mübarizə yolu keçib, lakin bu şanlı mübarizədə neçə-neçə şəhidlərimiz olub. 20 Yanvar şəhidləri də onların arasında yer alır.

17 Yanvar 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 14-16 yanvar tarixlərində Yaponiyada keçirilən V Tokio Zirvəsində iştirak edib.

X.Ələkbərova V Beynəlxalq müasir elmlərdə yeni araşdırmalar Konfransında “Ərəb mühacir qadınların problemlərinin ədəbiyyatda inikasi” mövzusunda məruzə ilə çıxış edib.

10 Yanvar 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi   tərəfindən ingilis dilində nəşr edilən “Armenian allegations and historical facts. Questions and answers” kitabı rus dilinə tərcümə edilərək çapdan çıxıb.

“Армянские инсинуации и исторические факты. Вопросы и ответы” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabını Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva tərcümə edib.

Akademik G.Baxşəliyeva “Armenian allegations and historical facts. Questions and answers” kitabını 2016-cı ildə Azərbaycan dilinə tərcümə edərək geniş oxucu kütləsinə çatdırmışdı. İndi isə erməni saxtakarlığı barədə həqiqətləri daha geniş auditoriyaya – rusdilli oxuculara, bu dilin geniş yayıldığı ölkələrə çatdırmaq üçün əsər akademik G.Baxşəliyeva tərəfindən ingilis dilindən rus dilinə tərcümə edilib.

Download Template Joomla 3.0 free theme.