Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “Juárez Autónoma de Tabasco” Universitetinin elmi dəstəyi ilə Meksikada keçirilən Beynəlxalq Latın Amerikası Sosial və Bəşəri Elmlər Konfransında iştirak edib.
Konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas “Ərəb mühacirlərin Amerika arzuları” adlı məruzə ilə çıxış edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi noyabrın 5-də İkinci Fəxri xiyabana gələrək, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət edib. Şərqşünas alimlər Zəfər Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Nemətzadənin Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Səbirə Nemətzadə ilə həmmüəlliflikdə “Türk-İslam əlyazma sənətləri dinin tarixi və fəlsəfəsi aspektində” adlı məqaləsi Rusiyada nəşr edilən, Web of Science, Scopus və digər nüfuzlu beynəlxalq bazalara daxil olan “Voprosı istorii” jurnalında dərc edilib.
29-da AMEA-nın akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şanlı Zəfər gününə aparan müstəqillik illəri” adlı elmi konfrans keçirilib.
AMEA-nın əsas binasının kiçik akt zalında təşkil olunan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Qarabağ müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli Sərəncamını xatırladaraq, hazırkı konfransın Şanlı Zəfərimizə həsr olunduğunu və məruzələrdə bu Zəfərə aparan müstəqillik illərində görülən quruculuq işlərindən danışılacağını bildirib.
