Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının Türkiyədə yayımlanan kafkassam.com saytında 20 Yanvar faciəsi ilə bağlı məqaləsi yayımlanıb. Məqaləni diqqətinizə çatdırırıq.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının Türkiyədə yayımlanan tarihistan.org saytında 20 Yanvar faciəsi ilə bağlı məqaləsi yayımlanıb. Məqaləni diqqətinizə çatdırırıq.
Sübhan Talıblı: 1990-cı il "20 Yanvar" Faciəsi - Tarihistan.org
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının son günlərdə Türkiyənin bir neçə saytında 20 Yanvar faciəsi ilə bağlı məqalələri yayımlanıb. Şərqşünas alimin məqalələri Türkiyədə yayımlanan kafkassam.com, tarihistan.org və kiriminsesigazetesi.com saytlarında dərc olunub.
Yanvarın 19-da AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstəriblər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazıblar.
