Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Yanvarın 31-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidinin redaktorluğu ilə nəşrə hazırlanmış və “Rəsulzadə ev muzeyi” İctimai Qrupu tərəfindən nəşr edilmiş "I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində" kitabının təqdimat mərasimi keçirilib.
Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 138-ci ildönümü münasibətilə "M.Ə.Rəsulzadə ev-muzeyi" İctimai Qrupunun və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində baş tutub.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 28-29 yanvar tarixlərində İspaniyanın Valensiya şəhərində keçirilən V Beynəlxalq Avropa Disiplinlərarası Araşdırmalar Konfransında iştirak edib.
X.Ələkbərova konfransda “Ərəb ədəbiyyatında mühacirlər mövzusunu yaradan amillər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dünyada qloballaşan miqrasiya problemi, bunu doğuran səbəblərə toxunulub. Ərəb Şərqindən mühacir axınını şərtləndirən amillərin təhlilini də ehtiva edən çıxış maraqla dinlənilib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayev fevralın 1-də AMEA Rəyasət Heyətində akademik və professor heyətinin, həmçinin məsul şəxslərin də iştirak etdiyi AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirində "Milli özünüdərk prosesində gənclərin rolu" adlı məruzəsi ilə çıxış edib.
E.Mustafayev çıxış əsnasında tarix boyu hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini və milli strategiyasını, ilk növbədə gənc nəsillər üzərində qurduğunu, habelə gənc nəslin sağlam şəkildə yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələ olduğunu vurğulayıb.
