Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Dekabrın 15-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
İclasda İnstitutun baş direktoru, akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisənin 2021-ci ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.
Hesabatda 2021-ci ildə İnstitut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri qeyd edilib.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Roida Rzayevanın “Ibn Sina and His PhilosophicalLegacy” (İbn Sina və onun fəlsəfi irsi) adlı tədqiqatı“Revisiting Ibn Sina’s (Avicenna) Heritage”(İbn Sinanın (İbn Sina) irsinə yenidən baxış) toplusunda nəşr olunub.
R.Rzayeva tədqiqatında İslam tarixinin ən böyük mütəfəkkirlərindən sayılan və bu gün də bir çox ölkələrin, xüsusən də Avropanın dərsliklərində yer alan və bir çox alimlərə təsir edən İbn Sinanın dünya fəlsəfi fikrinə töhfəsini təhlil edib. O, fəlsəfənin bir çox mənbədən qidalandığına baxmayaraq, bu və ya digər tarixi dövrdə müəyyən mədəniyyət, sivilizasiya və mütəfəkkirlərin daha çox təsiri altında qaldığını və beləliklə də bəzi dövrlərdə şərq və ya qərb mütəfəkkirlərinin fəlsəfi fikrə təsirinin daha çox olduğunu qeyd edir.
Dekabrın 13-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayevin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Yubiley tədbirini giriş sözü ilə açan institutun baş direktoru, akademik Gövhər Baxşəliyeva Vidadi Mustafayevin Azərbaycan şərqşünaslığında xüsusi yeri olan, dəyərli tədqiqatları ilə seçilən bir alim olduğunu deyib. G.Baxşəliyeva V.Mustafayevi əsl ziyalı, yüksək biliklərə malik, prinsipial, mövqeyində sabit və dəyişməz bir tədqiqatçı, yüksək mədəniyyətə, insani keyfiyyətlərə malik bir insan kimi dəyərləndirib. İnstitut rəhbəri yubilyarı təbrik edərək, ona gül dəstəsi təqdim edib.
Bu gün bu toplantıda çox mənalı və maraqlı bir həyat yolu keçmiş, Azərbaycan gəncliyi üçün dəyərli elmi irs yarada bilmiş bir alimin 70 illik ömür kitabını sizinlə birlikdə vərəqləmək istəyirəm.
Həmin alim çox gərəkli dəyərlər daşıyan yaxın dostum, həmkarım Vidadi Mustafayevdir. Biz onunla eyni vaxtda,1979-cu ildə Cənubi Azərbaycan şöbəsində fəaliyyətə başladığımız zamandan tanışıq və uzun illərdir ki, dostluq və həmkarlıq edirik.
