Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

30 İyun 2022

Azərbaycanda ibrişünaslıq üzrə dəyərli tədqiqatları və tərcümələri ilə tanınan mütəxəssis – AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov bu sahəyə yeni əhəmiyyətli töhfəsini vermək ərəfəsindədir.

30 İyun 2022

Tanınmış tarixçi alim Hüseyn Dəlilinin şəxsi arxivində olan kitab və əlyazmaların bir qismi AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuna təqdim  edilib. Bu münasibətlə iyunun 28-də Şərqşünaslıq İnstitutunda tədbir keçirilib.

30 İyun 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına  Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin  aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə iyunun 25-də İsveçin paytaxtı Stolkholmda keçirilən və Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan “Yol ver Türkün bayrağına! ” adlı XXVII Beynəlxalq elmi konfransda onlayn şəkildə iştirak edib.

30 İyun 2022

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə yazdığı “Azerbaycan ordusunun tarihinə bir bakış” adlı məqaləsi Türkiyənin 70-dən artıq sayt, qəzet və informasiya agentliklərində nəşr olunub. Bu sırada turknewsgazetesi.com1453kralmedya.comekonomikgazete.comefsanegazete.comyeniekipgazetesi.comsunucugazetesi.comglobalgazetesi.comgorevgazetesi.comorduhakimiyet.com və s.-ni qeyd etmək olar.

Download Template Joomla 3.0 free theme.