Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçi, t.ü.f.d. Namiq Məmmədov oktyabrın 20-22-də Türkiyənin Van 100-cü il Universiteti tərəfindən təşkil olunan Beynəlxalq Türkoloji Araşdırmalar Simpoziumunda iştirak edib. Simpoziuma ZOOM platforması vasitəsilə qatılan şərqşünas alim ingilis dilində "Ədalət və inkişaf partiyasının hakimiyyəti illərində Türkiyədə demokratiya və dövlət idarəetməsi islahatları (2002-2015)" mövzusunda məruzə edib.
Oktyabrın 22-də Qazaxıstanın Almatı şəhərində bu ölkənin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Yeni Qazaxıstan və Şərq dünyası: əməkdaşlığın tarixi, gələcəyi və cari məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda onlayn şəkildə AMEA-nın vitse-prezidenti v.i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva, İnstitutun Mərkəzi Asiya şöbəsinin əməkdaşları – aparıcı elmi işçi, h.ü.f.d. Rauf Qarayev və elmi işçi Dilbər Hüseynli iştirak ediblər.
Oktyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Cənubi Azərbaycanşünas alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin 90 illiyi qeyd edilib. Tədbirdə həmçinin Əkrəm Rəhimlinin “Seyid Cəfər Pişəvəri və Cənubi Azərbaycan” kitabının əlavələrlə olan yeni nəşrinin təqdimatı olub.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçi, t.ü.f.d.Namiq Məmmədov oktyabrın 9-12-də Türkiyənin Ərzincan şəhərində təşkil olunan Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak edib. Şərqşünas alim simpoziumda “Ədalət və İnkişaf Partiyasının hakimiyyəti illərində Türkiyədə həyata keçirilən iqtisadi islahatlar və onların nəticələri (2002-2015)" mövzusunda məruzə edib.
