Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

01 Oktyabr 2022

Sentyabrın 26-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Vətən müharibəsi şəhidlərinin anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

01 Oktyabr 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı” adlı məqaləsi Türkiyənin 80-dan çox sayt və qəzetində dərc olunub.  Bu sıradagazetesanliurfa.com, gazetegaziantep.com, agrigazetesi.com, gazetemardin.com, gazeteedirne.com, bursagunesgazetesi.com, eskisehirsesgazetesi.com, samsunekspress.com, turknewsgazetesi.com və s.-ni qeyd etmək olar.

24 Sentyabr 2022

İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, İraq – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraqda nəşr olunan “Sadaka” qəzetinin baş redaktoru doktor Mutazz Muhi Abdul-Hamid sentyabrın 23-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

21 Sentyabr 2022

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01– Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsinin vaxtı dəyişdirilərək 29 sentyabr 2022-ci il saat 14.00-a təyin edilib.

Download Template Joomla 3.0 free theme.