Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Hazırda dünyada gedən qloballaşma prosesində elmi-intellektual potensial davamlı və sabit inkişafın əsas meyarına çevrilərək hər bir dövlətə qarşıya qoyduğu strateji məqsədləri inamla həyata keçirmək, dünya arenasında layiqli yer tutmaq imkanı yaradır. Belə bir şəraitdə elm və təhsil sistemi qloballaşan dünyanın reallıqlarını, habelə yeni nəslin yetişdirilməsi, tərbiyə olunması sahəsində müasir bilik və texnologiyaları, dünyada cərəyan edən pozitiv meyillərə cavab verən mütərəqqi metodları özündə əks etdirməlidir.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Elm Günü ilə əlaqədar tədbirlər sırasında keçirilən seminarlar davam etdirilir. Aprelin 20-də baş tutan növbəti seminar “Qərbin Rusiyaya qarşı enerji sanksiyalarının tətbiqində Ərəb dövlətləri faktoru” mövzusunda olub.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Qaradağlı soyqırımı” adlı məqaləsi İranın “Xudafərin” jurnalında nəşr olunub.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının "XVIII əsr Marağanın şəhər həyatı (1728-ci il osmanlı müfəssəl dəftəri əsasında) adlı məqaləsi Rusiyanın “Вопросы истории” jurnalında dərc edilib.
