Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİMİN 20 YANVAR FACİƏSİ HAQQINDA MƏQALƏSİ PAKİSTANDA ÇAP OLUNUB

21 Yanvar 2023

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədovun "Azərbaycanda 20 Yanvar faciəsi" adlı məqaləsi Pakistanda nəşr olunan "The Daily Spokesman" qəzetində və bu ölkənin "Sabah news" saytında" dərc olunub.

 

Məqalədə 20 Yanvar faciəsi, bunun səbəbləri və nəticələri, onun Azərbaycanın tarixində yeri və rolu haqqında məlumat verilir. Eyni zamanda yazıda Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi və bunun nəticələri haqqında qısa şəkildə məlumat öz əksini tapır.

Download Template Joomla 3.0 free theme.