Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Noyabr 2022

Noyabrın 2-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin şanlı Zəfər Günü” adlı elmi sessiya keçirilib.

Tədbirdən öncə institutun kollektivi İkinci Fəxri xiyabana gələrək, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət edib. Şərqşünas alimlər Zəfər Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.

01 Noyabr 2022

Noyabrın 2-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin şanlı Zəfər Günü” adlı elmi sessiya keçiriləcək. İnstitutun akt zalında təşkil ediləcək elmi sessiya öz işinə saat 14:00-da başlayacaq.

01 Noyabr 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi və Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri fəl.ü.f.d. Elnur Mustafayev Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində "Oman yaddaşı mərkəzi" və Malayziya Beynəlxalq İslam Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Oman irsinin tərcüməsi" adlı yeddinci beynəlxalq konfransda "Azərbaycanda Quranın tədqiqi sahəsində tərcümə hərəkatları: Mirməhəmməd Bakuvinin "Kəşful-həqaiq" əsəri əsasında" adlı məruzə ilə çıxış edib.

28 Oktyabr 2022

 XX əsrin əvvəllərində, Qacarlar hakimiyyətinin son illərində İran hakim dairələrində üstün düşüncəyə çevrilmiş millətçilik Rza Pəhləvinin hakimiyyətə gəlişindən sonra dövlət ideologiyasına çevrilmiş və ölkədə farsdilli milli dövlətin qurulmasında əsas rol oynamışdır. Nəticədə, İran əhalisinin yarısından çoxunu təşkil edən türklərin milli hüquqları ardıcıl olaraq tapdanmışdır. Azərbaycan vilayətləri zaman keçdikcə ikinci dərəcəli ərazilər kimi ayrıseçkiliyə məruz qalmış, soydaşlarımızın milli varlığı tarixi geriliyə məhkum edilmişdir. İnsan hüquq və azadlıqlarının dünyada qlobal trendə çevrildiyi, BMT İnsan Haqları Bəyannaməsinin bütün xalqlara milli və bəşəri hüquqlardan istifadə bərabərliyi elan etdiyi bir dövrdə İranda belə bir cəhalət siyasi düşüncəyə necə hakim kəsilmiş, gerizəkalılığa söykənən kütləvi ədalətsizlik necə bərqərar olmuşdur? Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun başdirektoru, akademik Gövhər Baxşəliyeva bu suallarımızı belə cavablandırdı:

Download Template Joomla 3.0 free theme.