Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Dekabr 14-15, 2022
Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
2022-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin yaradılmasının 100 illiyi tamam olur. Şərqşünaslıq fakültəsi mövcud olduğu bir əsr boyunca Azərbaycanda şərqşünas kadrların hazırlanması və şərqşünaslığın bir elm sahəsi olaraq təşəkkülü və inkişafına misilsiz töhfələr vermiş, şərqşünaslıq fakültəsinin yetirmələri ölkənin ədəbi-mədəni və ictimai-siyasi həyatının ən müxtəlif sahələrində uğurla fəaliyyət göstərmişlər.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Tehranda yayımlanan “Xudafərin” jurnalında “Azərbaycanın tarixi-maddi mənəvi abidələri erməni işğalı altında” adlı məqaləsi dərc olunub.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Misir ədəbiyyatında mühacirlər mövzusunu yaradan tarixi amillər” (“Исторические факторы, способствовавшие появлению темы эмигрантов в египетской литературе”) məqaləsi Rusiyanın “Voprosı istorii” jurnalında dərc edilib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Roida Rzayeva 5-7 sentyabr 2022-ci il tarixində Beynəlxalq Sosial və İqtisadi Elmlər İnstitutunun Türkiyənin İstanbul şəhərində təşkil etdiyi IISES Beynəlxalq Akademik Konfransda iştirak edib.
