human.uz saytında rus dilində dərc olunan “1990-cı ilin 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik yolu” adlı, eləcə də kriminsesigazetesi.com saytında dərc edilən “20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda əzmi” adlıməqalələrdə faciəvi hadisələr barədə ətraflı məlumat verilir və xalqımızın müstəqilliyə doğru keçdiyi yolun məhz bu hadisələrdən keçdiyi qeyd edilir. Məqalələrdə 1990-cı ilin yanvar günlərində Bakıda, Neftçalada, Lənkəranda sovet ordusunun cinayətləri faktlarla göstərilir.
