Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Sentyabrın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas və maarifçi Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar “Mirzə Kazımbəy – 220” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransa Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və Misirdən 36 alim qatılıb.
Sentyabrın 26-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Vətən müharibəsi şəhidlərinin anım tədbiri keçirilib.
Tədbirin əvvəlində Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı” adlı məqaləsi Türkiyənin 80-dan çox sayt və qəzetində dərc olunub. Bu sıradagazetesanliurfa.com, gazetegaziantep.com, agrigazetesi.com, gazetemardin.com, gazeteedirne.com, bursagunesgazetesi.com, eskisehirsesgazetesi.com, samsunekspress.com, turknewsgazetesi.com və s.-ni qeyd etmək olar.
İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, İraq – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraqda nəşr olunan “Sadaka” qəzetinin baş redaktoru doktor Mutazz Muhi Abdul-Hamid sentyabrın 23-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
