Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
İyunun 16-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində “Müasir Türkiyədə seçki sistemi və seçkilər (2002-2023)” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə institutda bir sıra elmi tədbirlərin keçirildiyini, sentyabr ayında bu mövzuda beynəlxalq elmi konfransın keçiriləcəyini bildirərək, təşkil edilən elmi seminarlar çərçivəsində bu dəfə Türkiyədə keçirilən seçkilərə həsr olunmuş seminarın keçirildiyini bildirib.
İyunun 16-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclasında akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Elman Quliyevə 65 illik yubileyi münasibətilə AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı təqdim edilib.
Fəxri fərmanı yubilyara AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva təqdim edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev iyunun 16-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edib.
İyunun 16-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
