Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda "Heydər Əliyev və türk xalqlarının inteqrasiyası" mövzusunda elmi sessiya keçirilib

17 Noyabr 2023

Noyabrın 17-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Heydər Əliyev və türk xalqlarının inteqrasiyası" mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanın əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı xatırladıb və bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bütün ölkəmizdə olduğu kimi, AMEA-da da bir çox tədbirlərin həyata keçirildiyini bildirib.

 

Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlərdən söz açan akademik G.Baxşəliyeva bu il Azərbaycan, İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alimin iştirakı ilə “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransın, 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbirin, eləcə də  "Heydər Əliyev və Azərbaycan elmi " mövzusunda elmi seminarın keçirildiyini qeyd edib, bir sıra nəşrlərin işıq üzü gördüyünü xatırladıb.

Dövlət quruculuğunun bütün sahələri kimi, müstəqil dövlətimizin beynəlxalq münasibətlərinin qurulmasının da Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən akademik G.Baxşəliyeva Ulu Öndərin Şərq siyasətinin müstəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemlərimizi həll etmək, xalqımızın dünya xalqları birliyində özünəlayiq yer tutmasına nail olmaq məqsədi daşıdığını, Ümummilli Liderin türkdilli dövlətlərlə münasibətlərin qurulmasına xüsusi önəm verdiyini qeyd edib.

Elmi sessiyada “Heydər Əliyev və türkdilli xalqların inteqrasiyası” mövzusunda məruzə edən institutun Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi, siyasi elmlər doktoru, dosent Adil Mirabdullayev tarixi şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevin xarici siyasətində Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə münasibətlərin xüsusi yer tutduğunu deyərək, Ulu Öndərin Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanla əlaqələrin qurulmasında və möhkəmləndirilməsində göstərdiyi xidmətdən danışıb.

“Heydər Əliyevin türk mədəniyyətinə verdiyi töhfələr” mövzusunda məruzə edən Türk filologiyası şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xanım Abdullayeva Ümummilli Liderin bu sahədə xidmətləri sırasında “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin qeyd edilməsini, Bakıda Atatürk Mərkəzinin yaradılmasını, TÜRKSOY-un 8-ci toplantısının Bakıda keçirilməsini,  Abay Kunanbayevin 150  illik yubileyinin keçirilməsini və s.-ni qeyd edərək, Ulu Öndərin Çingiz Aytmatov, Oljas Suleymanov və bu kimi onlarla türk dünyasının dəyərli şəxsiyyətlərinə göstərdiyi isti münasibətdən də bəhs edib.

Elmi sessiyanın sonunda məruzələr ətrafında çıxışlar olub, suallar cavablandırılıb.

Download Template Joomla 3.0 free theme.