Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

08 May 2023

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Türkiyədə İstanbul Arel Universiteti tərəfindən keçirilən II Beynəlxalq Ədalət Konqresində iştirak edib.

Konqresdə Namiq Məmmədovun “Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Türkiyədə hüquqi islahatlar (2002-2015)” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Türkiyədə hüquqi sahədə həyata keçirilən islahatlar, onların səbəbləri, həyata keçirilməsini zəruri edən amillər və reallaşdırılması zamanı qarşıya çıxan problemlər, həmçinin əldə olunan nəticələr əksini tapıb.

 

06 May 2023

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə təşkil edilən “Zərifliyə ithafən” adlı sərgini AMEA-nın müxtəlif institutlarını təmsil edən Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri ziyarət edib.

Şərqşünaslıqİnstitutunun əməkdaşlarının əl işləri nümayiş etdirilən sərgi ilə mayın 5-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, sədr müavini Şəfa Budaqova, Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günel Orucova və digər gənc alimlər tanış olublar.

Sərgidə nümayiş etdirilən rəsm və əl işləri ziyarətçilərdə müsbət təəssüratlar oyadıb və onların diqqətini cəlb edib.

05 May 2023

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür. Heydər Əliyevin Azərbaycanın inkişafında müxtəlif sahələrə verdiyi töfhələr haqqında AMEA -nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Olaylar"-a danışıb. 

05 May 2023

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik  Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim,  akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə təşkil olunan və institutun qadın əməkdaşlarının əl işlərindən ibarət "Zərifliyə ithafən" adlı sərgi ilə tanış olub.

Download Template Joomla 3.0 free theme.