Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

20 İyun 2023

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva professor elmi adını alıb.

Fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 1979-cu ildə Bakı şəhərində anadan olub.1996-cı ildə Bakı şəhəri 251 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Univesitetinin Şərqşünaslıq fakültəsinin Türk bölməsinə daxil olaraq, 2000-ci ildə həmin bölmənin bakalavriat, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

20 İyun 2023

İyunun 19-da qazaxıstanlı alimlər, Qazax Milli Qızlar Pedaqoji Universitetinin müəllimləri Nurgül Kaliyeva və Aliyə Zadaxanova AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Qazaxıstanlı qonaqlar Şərqşünaslıq İnstitutunun türkoloq al alimləri ilə görüşüblər.

Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu qazaxıstanlı alimləri görüş iştirakçılarına təqdim edib və institutun elmi istiqamətləri, özünün rəhbərlik etdiyi Türk filologiyası şöbəsinin fəaliyyəti barədə məlumat verib.

17 İyun 2023

Yazılı abidələrin tədqiqi və nəşri şöbəsi 1958-ci ildən başlayaraq AMEA-nın Şərqşünaslıq İnstitutunun tərkibində fəaliyyət göstərir. Bu müddət ərzində yüzlərlə əlyazmaların tekstoloji və filoloji tədqiqatları aparılıb, Şərqin məşhur alim və mütəfəkkir, filosof, filoloq, şair və yazıçılarının əsərləri çap olunub. Şöbənin tədqiqat işi ənənəvi olaraq geniş Yaxın və Orta Şərq arealını əhatə etsə də, son illərdə Azərbaycan alimlərinin maraq dairəsinə yeni regionlar, o cümlədən Mərkəzi Asiya, Pakistan, İsrail və digər ölkələr daxil olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Mehdi Kazımov söyləyib.

17 İyun 2023

İyunun 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Laura Orucovaya səmərəli elmi fəaliyyətinə görə Şərqşünaslıq İnstitutunun Fəxri fərmanı təqdim edilib.

Fəxri fərmanı AMEA-nın vitse-prezidenti v.i.e.,  Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva təqdim edib.

Download Template Joomla 3.0 free theme.