Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
06.01.2023-cü il tarixdə AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda qış imtahan sessiyası başlayıb. Bu gün Ədəbiyyatşünaslıq (Yaxın və Orta Şərq) ixtisaslaşması üzrə I kurs magistrantlar "Ərəb dili" fənni üzrə imtahan veribrlər. İnstitutun baş direktoru akademik G.B.Baxşəliyevanın rəhbərliyi və Təhsil şöbəsinin müdiri, f.ü.f.d., dos. L.M.Bayramovanın təşkilatçılığı ilə imtahanda fənn müəllimləri,nəzarətçi və tələbələr iştirak ediblər.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 5-ci sayı işıq üzü görüb. Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya, siyasi elmlər və fəlsəfə sahələrinə aid 25 elmi məqalə dərc olunub.
Jurnalın “Ədəbiyyat” bölməsində gender problemlərinin yeni dövr Misir ədəbiyyatında işıqlandırılması, Circi Zeydanın “Harunun bacısı Abbasə” romanında dövrün ictimai-siyasi reallıqları, divan ədəbiyyatının son təmsilçisi Leskofçalı Qalib, XVII əsrin məşhur Türkiyə mütəfəkkiri Katib Çələbinin həyatı və əsərləri, türk ədəbiyyatında tarixi roman janrının nəzəri aspektləri haqqında və s. məqalələr yer alır.
Dekabrın 27-də AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağı keçirilib.
İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər, mühüm nəticələrin icraçıları, eləcə də Memarlıq və İnşaat Universitetinin və Bakı Slavyan Universitetinin aparıcı alimləri, universitetlərin müvafiq fakültə və kafedralarının nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.
AMEA-nın vitse-prezidenti v.i.e., bölmənin Ümumi yığıncağının sədri, akademik Gövhər Baxşəliyeva tədbiri giriş sözü ilə açaraq əvvəlcə iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, 2023-cü ildə onlara cansağlığı və yaradıcılıq uğurları arzu edib.
Dekabrın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış şərqşünas alim, türkoloq, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovanın 90 illiyinə həsr olunmuş tədbirdə xatirəsi anılıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bu il dünyasını dəyişmiş Esmeralda Həsənovanın Azərbaycan şərqşünaslığında böyük xidmətləri olduğunu bildirib.