Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Ulu Öndər dövlətin xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Onun xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusən Türkiyə, Pakistan və digər ölkələrlə münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulurdu. Azərbaycanla çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər qurulur, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi və indiyədək də bu siyasət uğurla davam etdirilir.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadənin “İran İslam Respublikasının regional siyasəti barədə” adlı məqaləsi Türkiyədə nəşr olunan, redaksiyası isə İsveçin Stokholm şəhərində yerləşən “Tribun” jurnalının 7-ci sayında dərc olunub.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə təşkil olunmuş institutun qadın əməkdaşlarının əl işlərindən ibarət “Zərifliyə ithafən” adlı sərgi ELM TV-də
Aprelin 28-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə institutun qadın əməkdaşlarının əl işlərindən ibarət "Zərifliyə ithafən" adlı sərginin açılışı olub.
İnstitutun Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən sərgidə əməkdaşlardan Fidan Nəsirova, Pərvin Əfəndi, Lalə Əliyeva, Günay Verdiyeva, Lalə Mikayılzadə, Zülfiyyə Vəliyeva-Önlən, Gülnar Quliyeva, Rəna Qocayeva, Röya Mirzəbəyova, Solmaz Namazova, Aynurə Kərimova və başqalarının 70-dən çox əl işi nümayiş olunur.
