Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

14 İyun 2023

.                                                                    E L A N                                                                           .

29 oktyabr 2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley yalnız Türkiyə üçün deyil, bütün Türk və İslam dünyası üçün qürur mənbəyi olan tarixi hadisədir. Türkiyə Cümhuriyyəti demokratik, dünyəvi, sosial və hüquqi, milli həmrəylik və ədalət anlayışı baxımından insan hüquqlarına hörmətlə yanaşan, Atatürk milliyyətçiliyinə sadiq olan bir dövlətdir.

14 İyun 2023

İyunun 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ölkəmizin 90-cı illərin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində ölkədə hərc-məcliyə, xaosa son qoyulduğunu,  qeyd edib.

14 İyun 2023

İyunun 14-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2023-cü ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi institutun 2023-cü ilin birinci yarısındakı fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.

14 İyun 2023

İyunun 12-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyənin Elm, Mədəniyyət, Təhsil Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinə daxil olan qurumun icraçı direktoru prof., dr. Lütfi Sunar, müavini Ahmet Sait Öner, vəqfin üzvü Hüseyn Türkan və Azərbaycan nümayəndəsi Kadir Yaman ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva institutda görülən işlərdən, xüsusilə türkologiya sahəsində aparılan tədqiqatlardan bəhs edib. Lütfi Sunar Elm, Mədəniyyət, Təhsil Vəqfinin fəaliyyəti barədə məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Download Template Joomla 3.0 free theme.