Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Müzəffər Azərbaycan Ordusu 30 il həsrətdən sonra misli-bərabəri olmayan şücaət və böyük peşəkarlıq nümayiş etdirməklə torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi Qələbə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına başa gəlmişdir. Dövlət və xalq olaraq öz ərazi bütövlüyümüzü bərpa etməklə bir xalqın mövcudluğu üçün zəruri hesab edilən milli iradə, özünəetimad və özünəinam kimi psixoloji hissləri geri qaytardıq. Qalib Ordumuzun qəhrəmanlığı sayəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri və müxtəlif təbəqə və mənsubiyyətlərdən ibarət vətəndaşlarımızın taleyüklü məsələlərdə, o cümlədən düşmənə qarşı mübarizədə həmrəyliyinin rəmzidir. Tam qətiyyətlə qeyd edə bilərik ki, məhz bu Qələbə nəticəsində İslam və Türk dünyası ölkələri son 200 il ərzində ilk dəfə itirdikləri torpaqları qaytarmaq nümunəsinin şahidi oldular.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov martın 31-də Qazaxıstanda Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi, Elm Komitəsi, Fəlsəfə, Siyasət və Dini Biliklər İnstitutunun təşkil etdiyi "Ümumtürk Dövlətləri İnteqrasiyasının Potensialı: Mövcud vəziyyət və perspektivlər" adlı Beynəlxalq konqresdə onlayn iştirak edib. Şərqşünas alim konqresdə "Türk dünyasının inteqrasiyasında Türkiyə - Azərbaycan münasibətlərinin rolu" mövzusunda məruzə edib.
Martın 31-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi sessiya keçirilib.
“31 mart azərbaycanlıların soyqırımı - bəşəriyyətə qarşı görünməmiş cinayət” mövzusunda elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, eləcə də Cənubi Azərbaycanda xalqımıza qarşı soyqırım, etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova martın 28-30-də Almaniyanın Frankfurt şəhərində keçirilən VII Beynəlxalq Avropa Disiplinlərarası Elmi Araşdırmalar Konfransında iştirak edib. Şərqşünas alim onlayn qatıldığı konfransda “İranda məktəb açmış birinci böyük şəxsiyyət Rüşdiyyədir” adlı məruzə edib.
