Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Выдающийся специалист по истории средневекового Востока, Арабского халифата, Азербайджана, Кавказа, Средней Азии и сопредельных стран, академик З.М.Буниятов по праву завоевал в этой области широкое признание научной и читательской общественности.
Научное творчество З.М.Буниятова развивалось по двум направлениям: исследование истории стран Ближнего и Среднего Востока в эпоху феодализма и изучение, комментированный перевод и публикация сочинений средневековых авторов по истории, науке и культуре народов Ближнего и Среднего Востока.
Azərbaycan mediyevist tarixçi ərəbşünaslıq məktəbinin banisi akademik Ziya Bünyadovun elmi yaradıcılığı iki istiqamətdə inkişaf etmişdir: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixi, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri. Ziya Bünyadovun şərqşünaslıq elminin müxtəlif sahələrinə dair çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya, məqalə, məruzə, şərhli tərcümə) nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir. Onun bütün əsərləri ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslanır, araşdırdığı məsələlər isə öz orijinallığı ilə fərqlənir.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev Qarabağın maddi-mədəni irsinin, həmçinin bu ərazilərə aid epiqrafik abidə və daş kitabələrinin tədqiqi məqsədi ilə Şuşa şəhərinə səfər edib.
E.Mustafayev tədqiqat müddətində Şuşa şəhərinin maddi-mədəni irsinə aid Yuxarı Gövhər Ağa, Saatlı və Seyidli məscidlərinin, Məşədi Hüseyn Mirsəyyaf oğlu karvansarası və Mamay bulağının, eyni zamanda, Uğurlu bəy, Hacıqulu bəy, Şirin bəy və Bülbülün malikanələrinin daş kitabələrini araşdırıb.
İyunun 20-də S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransı keçirilib.
Konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba və Şamaxı filialları, Quba şəhərinda Soyqırımı Memorial Kompleksi, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi və Şirvan kimya-biologiya təmayüllü liseydir.
