Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

14 İyun 2023

İyunun 12-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyənin Elm, Mədəniyyət, Təhsil Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinə daxil olan qurumun icraçı direktoru prof., dr. Lütfi Sunar, müavini Ahmet Sait Öner, vəqfin üzvü Hüseyn Türkan və Azərbaycan nümayəndəsi Kadir Yaman ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva institutda görülən işlərdən, xüsusilə türkologiya sahəsində aparılan tədqiqatlardan bəhs edib. Lütfi Sunar Elm, Mədəniyyət, Təhsil Vəqfinin fəaliyyəti barədə məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

14 İyun 2023

İyunun 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış türkiyəli yazıçılar Sinan Yağmur və Mehmet Nuri Parmaksızla görüş keçirilib.

Türkiyəli qonaqlar ilk öncə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva institutda türkologiya sahəsində, xüsusən türk ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan bəhs edib. Sinan Yağmur və Mehmet Nuri Parmaksız institutun alimlərinin elmi yaradıcılıqları ilə bağlı duyduqlarından məmnunluqlarını bildirib, öz bədii yaradıcılıqları barədə də söhbət açıblar.

14 İyun 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə hazırladığı “Qərb-Şərq sivilizasiyalarının qovşağında yer alan Azərbaycan elminin himayədarı Heydər Əliyev” adlı məqaləsi Misir Ərəb Respublikasının Mədəniyyət xəbərləri (culturenews.info) internet portalında dərc olunub.

09 İyun 2023

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılğı və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin dəstəyi ilə gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə “Virtual EL Educator” proqramı həyata keçirilib.

Download Template Joomla 3.0 free theme.