Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

02 Avqust 2023

Azərbaycan mediyevist tarixçi ərəbşünaslıq məktəbinin banisi akademik Ziya Bünyadovun elmi yaradıcılığı iki istiqamətdə inkişaf etmişdir: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixi, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri. Ziya Bünyadovun şərqşünaslıq elminin müxtəlif sahələrinə dair çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya, məqalə, məruzə, şərhli tərcümə) nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir. Onun bütün əsərləri ilkin mənbələrin  dərin və dəqiq təhlilinə əsaslanır, araşdırdığı məsələlər isə öz orijinallığı ilə fərqlənir.

09 İyul 2023

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev Qarabağın maddi-mədəni irsinin, həmçinin bu ərazilərə aid epiqrafik abidə və daş kitabələrinin tədqiqi məqsədi ilə Şuşa şəhərinə səfər edib.

E.Mustafayev tədqiqat müddətində Şuşa şəhərinin maddi-mədəni irsinə aid Yuxarı Gövhər Ağa, Saatlı və Seyidli məscidlərinin, Məşədi Hüseyn Mirsəyyaf oğlu karvansarası və Mamay bulağının, eyni zamanda, Uğurlu bəy, Hacıqulu bəy, Şirin bəy və Bülbülün malikanələrinin daş kitabələrini araşdırıb.

20 İyun 2023

İyunun 20-də S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransı keçirilib.

Konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba və Şamaxı filialları, Quba şəhərinda Soyqırımı Memorial Kompleksi, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi və Şirvan kimya-biologiya təmayüllü liseydir.

20 İyun 2023

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva professor elmi adını alıb.

Fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 1979-cu ildə Bakı şəhərində anadan olub.1996-cı ildə Bakı şəhəri 251 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Univesitetinin Şərqşünaslıq fakültəsinin Türk bölməsinə daxil olaraq, 2000-ci ildə həmin bölmənin bakalavriat, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

Download Template Joomla 3.0 free theme.