Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Türkiyə Cümhuriyyətində elmi ezamiyyətdədir.
Şərqşünas alim elmi ezamiyyətdə olduğu müddətdə əlyazma kitablar və arxiv sənədlər əsasında orta əsrlər Azərbaycan tarixi sahəsində tədqiqatlar aparır. E.Mustafayev bu məqsədlə İstanbul şəhərində yerləşən bir çox kitabxanalarda olub, ələlxüsus qədim və nadir əlyazmaların qorunduğu Süleymaniyyə, Bəyazid və sairə fondlarda araşdırmalar aparıb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlər sırasında “Zəmanəmizin dahi azərbaycanlısı” adlı məqalələr toplusu çapdan çıxıb.
AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın elmi redaktoru olduğu topluda Ümummilli Liderin fəaliyyətinə həsr olunmuş 36 elmi məqalə dərc edilib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva sentyabrın 4-5-də Avropa Araşdırmalar Mərkəzinin Türkiyənin İstanbul şəhərində təşkil etdiyi Təhsildə Yeni Trendlər üzrə beynəlxalq konfransda iştirak edib.
Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik. Türk övladı əcdadını tanıdıqca daha böyük işlər etmək üçün özündə qüvvət tapacaq. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir
Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk
Biz bir millət, iki dövlətik.
Ümummilli lider Heydər Əliyev
