Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Sentyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı İraqda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir ərəb İslam Şərqi” adlı beynəlxalq konfransda iştirak ediblər.

20 Avqust 2023

Azərbaycan Respublikasının Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişaf etdirilməsi, intensivləşməsi tarixi, geosiyasi reallıqlara uyğun strateji xarakter daşıyır. Dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrinə rəsmi səfərləri, bu ölkələrlə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi, bu sıradan elm və təhsil sahəsində əməkdaşlıq, xalqlarımızın zəngin mənəvi və tarixi miraslarını araşdırmaq Azərbaycan və Mərkəzi Asiya münasibətlərinin perspektivlərini müəyyənləşdirən vacib məsələlərdir və bu istiqamətdə münasibətlərin yeni mərhələsi yaşanmaqdadır. Ümummilli Lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmamış, bütövlükdə Türk dünyasını əhatə etmiş və dövrün tələblərinə baxmadan bütün siyasi fəaliyyəti boyu türk xalqlarının öz aralarında və dünyaya inteqrasiyasını başlıca strateji hədəfə çevirmişdir.

17 Avqust 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun tərkibində fəaliyyət göstərən Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsi 1964-cü ildə təşkil olunub. İkinci Dünya müharibəsindən sonra müstəqil inkişaf yoluna qədəm qoymuş gənc ərəb dövlətləri ilə geniş hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələr qurmaq tələbi ozamankı sovet şərqşünaslığı qarşısında ərəb Şərqinin elmi surətdə öyrənilməsini mühüm bir məsələ kimi ortaya çıxardı. Şərqşünaslıq İnstitutunda (o zaman Yaxın və Orta Şərq xalqları İnstitutu) bu məsələlərə aid xüsusi şöbənin yaradılması Azərbaycan xalqının ərəb müsəlman dünyası ilə tarixi və mədəni bağların mövcudluğuna əsaslanmışdı. Şöbəyə ilk gündən ölkəmizdə şərqşünaslıq elminin görkəmli nümayəndəsi, böyük ərəbşünas alim, akademik Ziya Bünyadov rəhbərlik edib. Təxminən otuz il onun rəhbərliyi altında işləyən şöbə qısa bir zamanda respublikamızda geniş tanınaraq, ərəb ölkələri üzrə ixtisaslaşmış mötəbər elmi ocağa çevrilir.

Download Template Joomla 3.0 free theme.