Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

31 May 2023

 

Hər yaşadığımız yeni il milli tariximizin, ictimai həyatımızın, mədəniyyətimizin formalaşmasında və inkişafında müstəsna əhəmiyyətə malik fövqəladə hadisə, yaxud şəxsiyyətə həsr olunur. Bu, artıq ənənə xarakteri alıb: “Nəsimi İli”, “Nizami Gəncəvi İli”, “Azərbaycan Xalq Cümhuriyyəti İli”, “Şuşa İli”, “İslam həmrəyliyi İli”, “Multikulturalizm İli” və s. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Bu əlamətdar hadisə münasibətilə Ulu Öndərin zəngin həyat yolunu, çoxşaxəli titanik fəaliyyətini, yeritdiyi daxili və xarici siyasəti, dövlət quruculuğunda gördüyü böyük işləri, bütövlükdə xalqımızın və dövlətimizin inkişafı naminə həyata keçirdiyi fövqəladə missiyanı bir daha təhlil etmək zərurəti yaranır. Qəti əminəm ki, Heydər Əliyev kimi nəhəng şəxsiyyətin fəaliyyətini müəyyən zaman kəsiyində qiymətləndirmək doğru deyil. İctimai elm çoxdan mütləq həqiqəti ortaya qoymuşdur. Böyük dövlət xadimlərinin fəaliyyəti yalnız müqayisəli-tarixi aspektdə qiymətləndirilməli, onların ölkəsinin və xalqının taleyində oynadığı rolu yalnız zaman özü dəyərləndirməlidir. Məşhur bir deyimə görə, dağın əzəmətini duymaq və müşahidə etmək üçün ona uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də belədir.

31 May 2023

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Türkiyənin paytaxtı Ankarada keçirilən VII Biltek Beynəlxalq Elmi Tədqiqatlar və Mövcud İnkişaflar Konfransında iştirak edib.

31 May 2023

Mayın 25-27-də Naxçıvan Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda Respublika konfransı keçirilib. Konfransda AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov və Din və ictimai fikir şöbəsinin müdiri, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Elnur Mustafayev iştirak ediblər.

31 May 2023

Mayın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 28 May Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva 105 il öncə - 1918-ci il mayın 28-də yaradılan Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışıb.

Download Template Joomla 3.0 free theme.