Məruzədə 40 ilə yaxın bir müddətdə mükəmməl dərs vəsaiti missiyasını şərəflə yerinə yetirməklə, Cənubi Qafqazda dərslik dilinin bünövrəsini qoymaqla yanaşı, Azərbaycanın intellektual potensialının inkişafında əhəmiyyətli rol oynayan “Vətən dili”nin pedaqoji fikir tarixindəki mövqeyi və dərsliyin uzun ömürlülüyünü şərtləndirən ideya-tematik aktuallıq, xalq yaradıcılığından bəhrələnmə, yeni pedaqoji prinsiplərin tətbiqi, forma və məzmun vəhdəti kimi səciyyəvi xüsusiyyətlərindən geniş bəhs edilib. Tarixi xidmətləri unudulmaqda olan “Vətən dili” kitabının ərsəyə gəlməsində böyük xidmətlər sahibi Həsənəlixan Qaradağinin nəvəsi, tanınmış şərqşünas alim Vüqar Qaradağlının bu dərsliyi müasir elmi tələblərə cavab verəcək səviyyədə araşdırmaqla onu yenidən Azərbaycan mədəniyyət və elmi ictimaiyyətinə qazandırması da sevindirici hal kimi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.