Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

19 Sentyabr 2023

Sentyabrın 19-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

19 Sentyabr 2023

Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktor müavini, siyasi elmlər namizədi Maksim Yurakov, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun Yaxın və postsovet Şərq şöbəsinin əməkdaşları Alina Sbitneva və Razil Quzaerov sentyabrın 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

18 Sentyabr 2023

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur.  Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir.

Bu əlamətdar tarixlə bağlı il ərzində bir sıra tədbirlər həyata keçirən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 20 və 21 sentyabr 2023-cü il tarixində Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr olunmuş “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi – Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.

13 Sentyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Nazim Hikmət – 120” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çapdan çıxıb.

Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda səslənən 34 məruzənin tezisi dərc olunub.

Download Template Joomla 3.0 free theme.