Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 2023-cü ildə yaradılmış Elektron xidmətlər şöbəsi il ərzindəki fəaliyyətinin hesabatını diqqətə çatdırır:
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda IX əsrdə Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz tərəfindən qələmə alınmış “Əl-tac fi əxlaq əl-mülük” (Şahların əxlaqı haqda Tac əsəri) kitabının ərəbcədən tərcüməsi çapdan çıxıb.
Əsəri ərəb dilindən Azərbaycan dilinə Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırov tərcümə edib. Kitabın redaktoru akademik Gövhər Baxşəliyevadır.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu beynəlxalq əlaqələr sahəsində səmərəli fəaliyyətini artırmaqdadır. Ötən il sentyabrın 28-də institutda Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs və bu qurumun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri, professor Osman Mertlə keçirilən görüş də bu istiqamətdə atılan mühüm addımlara təkan verib.
Qeyd edilən görüşdə əldə edilən razılığa əsasən planlaşdırılan tədbirlər sırasında qarşılıqlı kitab mübadiləsi də yer alırdı. Bununla əlaqədar Türk Dil Qurumu bu günlərdə Şərqşünaslıq İnstitutunun müraciətlərinə cavab olaraq, 50 adda yüksək elmi və tarixi dəyəri olan, nəfis tərtibatlı kitabı instituta hədiyyə edib. Sözugedən nəşrlər Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən instituta çatdırılıb.