Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

16 İyun 2024

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin “Azərbaycan Respublikasının İslam dünyasında yeri və rolu” adlı məqaləsi dərc olunub. Yazı “Alyans Gənclər Mərkəzi”nin “Maddi-mənəvi irsimizin təbliğı” layihəsi çərçivəsində dərc edilib.

14 İyun 2024

Bu gün AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Elmira Əsgər Qızı Məmmədovanın yubiley ad günüdür.

Elmira Məmmədova Ağdam şəhərində anadan olub. Orta təhsilini də Ağdam şəhəri 2 nömrəli beynəlmiləl orta məktəbdə alıb. Əmək fəaliyyətinə də Ağdamda başlayıb.

14 İyun 2024

İyunun 14-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.

İnstitut əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İnstitutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda çıxış edib.

14 İyun 2024

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasında Sevinc Əliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib.

Download Template Joomla 3.0 free theme.