Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

18 Oktyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 11-15 oktyabr 2023-cü il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən XXI Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresində iştirak edib. Türk Dünyasında akademik, sosial, iqtisadi və təhsil sahələrdə əməkdaşlığı hədəfləyən beynəlxalq konqres Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Qazi Universitetində təşkil edilib. Tədbirə 14 ölkədən iştirakçı qatılıb.

11 Oktyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 84-cü ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.

11 Oktyabr 2023

Oktyabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi.

İclasın əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarından  keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

09 Oktyabr 2023

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin elmi işçisi Solmaz Namazova Scopus bazasından istifadə üçün təlimdə iştirak edib. 4 moduldan ibarət (Basic Search, Advanced Search,  Metrics, Research Collaborations) təlim kursunu müvəffəqiyyətlə başa vuran S.Namazovaya sertfikatlar təqdim olunub.

Download Template Joomla 3.0 free theme.