Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

09 Oktyabr 2023

Oktyabrın 9-da AMEA-nın akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda YAP Yasamal rayon təşkilatının iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə, İnstitutun icraçı direktoru f.ü.f.d., dosent Rühəngiz Cümşüdlü, partiya təşkilatının sədri f.ü.f.d., dosent Lalə Bayramova və sədr müavini f.ü.f.d., dosent Xanımzər Kərimova iştirak ediblər. Fuad Həbibzadə hər kəsi salamlayaraq iclası açıq elan edib və yeni üzvlərə partiya biletləri təqdim edərək onları təbrik edib. İclasın sonunda İnstitutun əməkdaşı Bəşarət Bəşirova öz şeir parçalarını iştirakçılara ərməğan edib.

09 Oktyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent  Sübhan Talıblı “Heydər Əliyev ili” və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyətinin 10 illiyi ilə əlaqədar  Qusar Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı və  Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda elmi-praktiki konfransda iştirak edib.

03 Oktyabr 2023

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin tərtibatı və məsul redaktorluğu ilə çap olunmuş “Azərbaycan” qəzeti”. Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” adlı toplu Kanadada Toronto Universitetinin kitabxanasına hədiyyə edilib.

30 Sentyabr 2023

23 oktyabr 2023-cü il saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

Download Template Joomla 3.0 free theme.