Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşının qaqauz dilinə dair məqaləsi Türkiyədə dərc olunub

16 Yanvar 2026

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin elmi işçisi Aygül Mirzəyevanın Moldovada yerləşən Qaqauziya Muxtar Vilayətinin yaradılmasının 30 illiyi münasibətilə Türkiyədə dərc olunan “Gagauz dili ve edebiyatı üzerine yazılar” (Qaqauz dili və ədəbiyyatına dair yazılar) adlı topluda məqaləsi dərc olunub.

 

“Qaqauz dilinin etnoqrafik leksikası” adlı məqalədə göstərilir ki, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın tarixi yaddaşı və mədəni kimliyidir. Qaqauz dilində qorunub saxlanılan etnoqrafik leksika bu xalqın əsrlər boyu formalaşmış həyat tərzini, adət-ənənələrini və dünyagörüşünü özündə əks etdirir. Məqalədə məişət və mövsüm mərasimləri, geyim və yemək adları ilə bağlı leksika araşdırılır və həmin sözlərin linqvokulturoloji səciyyəsi göstərilir. Bildirilir ki, qaqauz etnoqrafik leksikasında slavyan, rumın və bolqar dillərinin təsiri də özünü göstərir. Bu təsir tarixən formalaşmış çoxmədəniyyətli mühitin dilə təsiri ilə əlaqədardır.

Topluda qaqauzların dili və ədəbiyyatı ilə bağlı ümumilikdə 15 elmi məqalə yer alır.

Download Template Joomla 3.0 free theme.