Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür.
Bu münasibətlə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda professor A.İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklil qoyublar.
Şəxsiyyətin meydana gəlib formalaşmasında tarixi şərait əsas zəmin rolunu oynayır. Bu zəmin yarandığı zaman elmi özlərinə həyat amalı seçənlər, xalqın mənafeyini şəxsi maraqlarından üstün tutanlar, millətinə, torpağına qəlbən bağlananlar, onu irəli aparmaq istəyənlər həyatları bahasına olsa belə tarix yazırlar. Bu insanlar hamı tərəfindən sevilir, böyük hörmət sahibinə çevrilir, əsl ziyalı vəzifəsini son dərəcə məsuliyyətlə yerinə yetirirlər. Azərbaycan elminin görkəmli nümayəndəsi, yüksək intellekt sahibi, təcrübəli tədqiqatçı, prinsipial mövqeyi, dərin məntiqi və özünəməxsus dəst-xətti ilə tanınan əməkdar elm xadimiƏkrəm Rəhim oğlu Bije məhz belə alimlərimizdəndir. Onun bu həyatda tutduğu yol xalqa sədaqətlə xidmət etmək, gənc nəslə elmin sirlərini öyrətmək, özündən sonra tarixin səhifəsinə çevriləcək qiymətli əsərlər yazmaq, mənəvi dəyərləri maddiyyatdan üstün tutmaq yoludur.
AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyevanın "İran İslam İnqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ciillər)" kitabı işıq üzü görüb.
Monoqrafiyada 1979-2005-ci illərdə İran İslam Respublikası hakim qüvvələrinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixi araşdırılır.
Mayın 31-də misirli alimlər dr. Əhməd Dərviş və Əhməd ət-Tarabik AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldular. Onları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi müşayiət edirdi.