Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva80 saylı orta məktəbdə böyük Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Məktəbin müəllim və şagird kollektivi ilə görüşdə şərqşünas alim şairin portretini qısa ştrixlərlə yaratmağa, daşlaşmış zehniyyəti dağıtmağa çalışıb. Uşaqların hazırladığı kompozisiyanı, səhnəciyi izləyən S.Şıxıyeva onlarda Nəsimi duyumuna heyran olduğunu bildirib. O, Nəsiminin "Sığmazam" şeirini əzbər bilən 6 yaşlı Fatimənin və Nəsimi obrazını təqdim edən şagird oğlanın xüsusi seçildiyini qeyd edib.
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar "İmadəddin Nəsimi - 650" adlı informativ tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan tədbirin təşkilatçısı, yazıçı, pedaqoq Günel Eyvazlı tələbələri, müəllimləri salamlayıb, Kollecə təşrif buyurmuş Nəsimişünas alim, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevaya, şərqşünas alim Vüsal Hətəmova, Əməkdar jurnalist Eyruz Məmmədova dəvətlərini qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib. Eyni zamanda İmadəddin Nəsimi fəlsəfəsi, poeziyası və bu istiqamətdə yazılmış monoqrafiyalar, çap edilmiş kitablar haqqında geniş məlumat verib.
Dekabrın 20-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli dilçi və türkoloq alim Əhməd Cəfəroğlunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi. Sessiyanı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan xalqının dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına dair çoxsaylı elmi əsərlərin müəllifi olan Əhməd Cəfəroğlunun Türkiyədə yazdığı bu əsərləri ilə Azərbaycanın tanıdılması, onun mədəniyyətinin təbliği sahəsində böyük rol oynadığını dedi. G.Baxşəliyeva Əhməd Cəfəroğlunun adını dünya türkologiya elminə böyük hərflərlə yazdığını qeyd etdi.
Dekabrın 12-14-də Almaniyanın Leypsiq şəhərində Leypsiq Universitetinin təşkil etdiyi “Mədəniyyətlərarası transfer – Yeni nəzəriyyənin 35 illik təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın əsas məqsədi keçən əsrin 80-ci illərindən etibarən Fransa və Almaniyanın ictimai-humanitar elmlərində tətbiq edilməyə başlanan və “mədəni transfer” adı ilə müasir Qərb elmində geniş yayılan və populyarlıq qazanan yeni nəzəriyyə və tədqiqat metodologiyasının keçdiyi inkişaf yolunu dəyərləndirmək, onun gələcək perspektivlərini müzakirə etməkdən ibarət idi. Son illərdə qeyd olunan nəzəriyyə və tədqiqat metodologiyası Avropada Şərq cəmiyyətlərinə, o cümlədən Qafqaz və Azərbaycana aid araşdırmalarda da tətbiq edilməyə başlanıb.