Xüsusi layihə çərçivəsində hazırlanan kitabda Azərbaycan ədəbiyyatının son 60 ilinə aid olan 18 yazıçının, o cümlədən Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, İsa Hüseynov, Çingiz Hüseynov, Sabir Əhmədov, Yusif Səmədoğlu, Anar, Elçin Əfəndiyev, Kamal Abdulla və başqalarının hekayələri təhlil olunub. Hər bir yazıçı haqqında qısa məlumat verildikdən sonra təhlil ediləcək hekayə təqdim edilir, sonra təhlilə keçilir. Hekayələrin əksəriyyəti layihə çərçivəsində türk dilinə tərcümə edilib. Layihədə Türkiyədən və Azərbaycandan professor, dosent və doktorantlar iştirak edib. Bu sırada Lalə Qasımlının “İsmayıl Şıxlı”dan mərdlik dərsi: “Namərd gülləsi” məqaləsi də topluda dərc olunub.