Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İran İslam Respublikasının "Xudafərin" jurnalının 189-cu sayında fars dilində dərc olunub. Şərqşünas alimin “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə aparan yol” adlı məqaləsi bir sıra Şərq ölkələrinin saytlarında da yayımlanıb. Məqalə İordaniyanın nayrouz.com saytında ərəbcə, Qazaxıstanın ea-news.kz və Özbəkistanın interpress.uz saytlarında rus dilində dərc edilib.
Qədim dövlətçilik ənənələri, yeraltı və yerüstü sərvətləri, milli-mənəvi dəyərləri, ictimasi-siyasi və mədəni xadimləri ilə dünyada məşhur olan Azərbaycan dövləti və xalqı qədimdən günümüzə qədər həmişə azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb. Lakin XX əsrin əvvəllərində azərbaycanlıların ermənilər və onları dəstəkləyən regional və beynəlxalq güclərin dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrıseçkilik siyasəti edib, torpaqlarımız işğal edilib. Azərbaycan xalqı tarixi torpaqlarından köçürülüb, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib. Belə qanlı faciələrdən biri də - Azərbaycan xaqının tarixinə düşmüş “20 Yanvar” faciəsidir. Bu faciə Azərbaycan tarixində xalq tərəfindən “Qanlı Yanvar”, “Qara Yanvar” adlandırlır.
Azərbaycan xalqının yaddaşına həkk olunmuş 20 Yanvar faciəsi ilə əlaqədar AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının SİA-ya müsahibəsini təqdim edirik.
Yanvarın 18-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə 20 Yanvar, I Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib: “Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı" jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında əsas mövzu Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsidir. Oxuculara müharibədə qələbə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, AMEA Rəyasət Heyətinin bəyanatı, Şərqşünaslıq İnstitutunda keçirilən tədbir haqqında məlumat və digər yazılar təqdim edilir. Eləcə də istər Tovuz hadisələri, istər də Vətən müharibəsi dövründə Şərqşünaslıq İnstitutunun əməkdaşlarının dünyanın müxtəlif ölkələrinin ərəb və farsdilli televiziya və radio kanallarında, mətbu orqanlarında, saytlarında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaları barədə məlumat verilir.
